30.11.2021

“Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərin keçirilməsi davam edir

Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərin keçirilməsi davam edir.

Noyabrın 22-dən həyata keçirilən və hazırda davam edən təlimlərə 1 həftə ərzində ölkənin müxtəlif yerlərindən 500-ə yaxın pedaqoji heyət cəlb edilib. Təlimlərə Bakı şəhəri və digər regionlardan ümumi təhsil müəssisələrində çalışan 4371  təhsilverənin cəlb edilməsi hədəflənib.

Effektiv layihə təklifinin hazırlanması və yazılması bacarıqlarının aşılanması məqsədi ilə keçirilən təlimlərdə layihə təklifinin hazırlanması prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsipləirindən istifadə edilməsi, və s. kimi mövzulat tədris olunur.

50 nəfərə yaxın beynəlxalq və yerli təlimçilərdən ibarət komandamızla təlimləri keçməyə davam edirik. Ümid edirik ki, təlimlər zamanı əldə edilən təcrübə, bilik və bacarıqlar uğurlu layihələrin reallaşdırılmasına təkan verəcək.

Qeyd edək ki, təhsilverənlər ərazi üzrə təhsili idarəetmə qurumlarına müraciət etməklə təlimlərə qatıla bilərlər.

 


Açar sözlər: ,