01.12.2021

Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib

Q. İlyasov adına Şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

Ədəbi-bədii gecədə Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı sənədli film göstərilib, şagirdlər tərəfindən aşığın şeirləri səsləndirilib, səhnəciklər nümayiş olunub.

 


Açar sözlər: ,  ,  ,