22.12.2021

Nizami Gəncəvi - 880

Qubadlı Şəhər 4 nömrəli tam orta məktəbdə Nizami Gəncəvi ili çərçivəsində "Nizami Gəncəvi - 880" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak ediblər.

Ədəbi-bədii gecədə çıxış edənlər dahi şairin həyat və yaradıcılığından, uşaqların və gənclərin tərbiyəsində Nizami əsərlərinin əhəmiyyətindən bəhs etmişlər.

Məktəbin şagirdləri tərəfindən dahi şairin şeirləri səsləndirilmiş, poemaları əsasında hazırlanmış səhnəciklər göstərilmiş, əsərlərindən ibarət kitablar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

 


Açar sözlər: ,  ,  ,