18.04.2022

"Şahin" hərbi-idman oyunlarının rayon birinciliyi keçirilib

Qubadlı Rayon Təhsil Şöbəsinin və rayonun Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 aprel 2022-ci il tarixdə H. Quliyev adına Çaytumas məktəb-liseyində rayonun ümumi təhsil müəssisələrinin VIII-X siniflərin şagirdlərindən ibarət komandaları arasında "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd gənclərə vətənə məhəbbət, vətəndaşlıq hisslərinin aşılanmasından, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsindən, onların fiziki sağlamlığının möhkəmləndirilməsi və hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir.

 


Açar sözlər: ,