08.02.2021

Qubadlı rayon ümumi təhsil müəssisələrində yol hərəkət qaydaları ilə bağlı onlayn formada tədbirlər keçirilib

Qubadlı rayon Xanlıq kənd ümumi orta, H. Quliyev adına Çaytumas məktəb-lisey, C. Həşimov adına Mərdanlı, A. Atakişiyev adına Muradxanlı, Teymur Müskanlı, Şəhər 3, M. Əliyev adına Hal, Ə. Əliyev adına Qəziyan, F. Mehdiyev adına Qaralar kənd tam orta məktəblərində pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən yol hərəkət qaydaları ilə bağlı onlayn formada maarifləndici tədbirlər, görüşlər təşkil olunmuşdur.

02.02.2021

Risk qrupuna daxil olan şagirdlər daim diqqət mərkəzindədir

Rayonun təhsil müəssisələrində risk qrupuna daxil olan təhsilalanlarla bağlı müvafiq informasiyaların toplanması, bu istiqamətdə işlərin operativ və səmərəli təşkili məqsədilə komissiya yaradılmışdır.

02.02.2021

"Doğma yurda qayıdış" onlayn inşa yazı müsabiqəsi

Qubadlı Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25-29 yanvar 2021-ci il tarixlərdə rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Gənclər günü" münasibəti ilə "Doğma yurda qayıdış" mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilmişdir.

01.02.2021

Qubadlı rayon ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai sinif şagirdlərinin məktəb sevinci

Fevralın 1-dən Qubadlı rayon ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində təhsil alan şagirdlər tədrisin davamı üçün məktəbə yollanıblar.

25.01.2021

"Qələbə dərsləri" davam edir

Qubadlı rayon C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Həşimova V sinifdə "Qələbə dərsləri" silsiləsindən "Zəfər tariximiz" mövzusuna həsr olunmuş Microsoft Teams platforması üzərindən onlayn dərs təşkil etmişdir.

22.01.2021

"Qələbə dərsləri" silsiləsindən həyat bilgisi və biologiya fənlərindən təşkil olunmuş onlayn dərslər

Qubadlı rayonunun Şəhər 3 nömrəli tam orta məktəbində "Qələbə dərsləri" silsiləsindən həyat bilgisi və biologiyadan açıq dərslər təşkil olunmuşdur.

21.01.2021

"Qələbə dərsləri"  silsiləsindən tarix fənnindən "Qarabağ Azərbaycandır" mövzusunda təşkil olunmuş onlayn açıq dərs

Qubadlı rayon R. Əlirzayev adına Xocahan kənd tam orta məktəbinin tarix müəllimi Babazadə Sitarə "Qələbə dərsləri" silsiləsindən təşkil etdiyi dərsdə "Qarabağ Azərbaycandır" cümləsini şagirdlərin açıqlamalarında, düşüncələrində tarixiləşdirdi.

Ətraflı
16.12.2020

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının müzakirəsi

Qubadlı Rayon Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə 19.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının müzakirəsi ilə bağlı onlayn görüş keçirilmişdir. 

26.11.2020

"Biz Qarabağa qayıdırıq", "Biz Qubadlıya qayıdırıq" mövzularında onlayn rəsm sərgisi

Qubadlı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 10-25 noyabr tarixlərində rayonun ümumi təhsil müəssisələri arasında "Biz Qarabağa qayıdırıq", "Biz Qubadlıya qayıdırıq" mövzularında onlayn rəsm sərgisi və şeir müsabiqəsi təşkil olunmuşdur.

Ətraflı