Çaytumas məktəb-liseydə "Dəyirmi masa"

         30 aprel tarixində Çaytumas məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar "Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikası, Azərbaycan Xalq Cumhuriyətinin varisidir" adlı "Dəyirmi masa" keçirilib. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Direktor ulu öndərin istər birinci dəfə, istərsədə ikinci dəfə canından çox sevdiyi xalqın təkidli və israrlı tələbi ilə hakimiyyətə gəldiyi illərdə də Azərbaycançılıq məfkurəsini əziz və yüksək tutduğunu vurğulayıb. Natiq bunun üçün, müstəqilliyimiz və demokratik bir cəmiyyətdə yaşadığımız üçün Ulu Öndərə minnətdar olmağımızı qeyd edib.  

       "Dəyirmi masa" məktəbin şagirdlərin şeir və səhnəcikləri ilə sona çatıb.


Açar sözlər: ,  ,  ,